Qoşul

Smart TV Plus şirkətinin xidmətlərinə göstərdiyiniz marağa görə təşəkkürümüzü bildiririk. Müraciətiniz üçün formu tam doldurmanızı xahiş edirik.

Texniki vasitələr

Pult - Estetik quruluşu əsasında istifadə rahatlığına malik olan cihaz vasitəsilə efir yayımını məsafədən idarə etmək artıq daha rahat və zövqlüdür. Həmçinin məsafədən idarəedici cihazın “Multipult - Universal Controle” xüsusiyyəti ilə artıq 1 cihaz vasitəsilə iki texniki vasitəni eyni zamanda idarə edə biləcəksiniz.

Smart Card ( Peyk TV Kartı) Giriş kartı və ya “Ağıllı – Smart” kart da adlandırılan elektron vasitələr qəbuledici – resiver daxilinə yerləşdirilən və Peyk ötürücüsündən göndərilən məlumat və məzmunları işləmək – emal etmək üçün istifadə edilir. Smart Kartlar ötürücülərdən göndərilən məzmunların şifrələrini açaraq istifadəçilərini efir xidməti ilə təmin edir. “Smart Kart”lar həmçinin Televiziya yayım xidməti proqramlaşdırılmasının vacib hüquqi əsaslarından biridir. Proqramlaşdırılmanın mühafizə sisteminin təmin edilməsi, həmçinin baş verə biləcək müəyyən neqativ halların (sındırılma, oğurlanma və s.) qarşısının alınması, istifadəçilərin TV xidmətlərdən təhlükəsiz faydalanması və onların fərdi istifadəçi hüquqlarının qorunması üçün Smart Kartlar çox əhəmiyyət kəsb edir.

Cam Modul (Şərti Giriş Modulu) – Şərti Giriş Modulu rəqəmsal efir yayımını təmin edən texniki vasitələr sırasında istifadə və qoşulma rahatlığına əsaslanaraq günümüzdə kifayət qədər yüksək istifadəçi rəğbəti görməkdədir. CAM modullar ən müasir texnologiyalar əsasında hazırlanan, istifadə zamanı heç bir əlavə qurğuya və ya texniki vasitələrə (idarəetmə qurğusuna - pult, peyk qəbuledicisinə - resiver, kabel və s.) gərək olmadan, heç bir texniki dəstək xidmətinə ehtiyyac duyulmadan və istifadəçilərin hər yerdə asanlıqla quraşdıra biləcəyi xüsusiyyətlərə malik texnoloji yenilikdir. Qoşulma üçün isə televiziya avadanlıqlarının arxa və ya başqa bir bölümündə yerləşən “Common İnterface slot” – “Ümumi İnteryfeys girişi”nə CAM modul avadanlığını düzgün daxil etmək kifayət edir. Beləliklə də CAM modullar peyk ötürücülərindən göndərilən şifrəli məzmunları emal edərək istifadəçilərə uzunmüddətli mükəmməl efir-yayım keyfiyyətini təmin edir. CAM modullar istfadəçilərin sıralı qoşulma tələbləri zamanı 2-ci və növbəti qoşulma avadanlığı kimi daha çox tələb görməkdədir.