Qoşul

Smart TV Plus şirkətinin xidmətlərinə göstərdiyiniz marağa görə təşəkkürümüzü bildiririk. Müraciətiniz üçün formu tam doldurmanızı xahiş edirik.

Dolby Digital Surround

Dolby Digital - 1991-ci ildə “Dolby Laboratoriyaları İnc.” şirkəti tərəfindən yaradılmış səs və məlumatların (data) sıxılmış, kombinə edilmiş texnologiyasıdır. 1994-cü ilə qədər bu texnologiya Dolby Stereo Digital adlandırılmışdır.

Dolby Digital Surround - Dolby Digital texnologiyasının kinofilmlər üçün nəzərdə tutulmuş versiyasıdır. Tam ad olaraq “Dolby Digital Surround X” adlanan texnologiya Dolby Digital ilə eyni çalışma prinsipinə malikdir. Dolby Digital Surround – texnologiyası 1999-cu ilin May ayında LucasfilmTHX və Dolby şirkətlərinin birgə əməkdaşlığı nəticəsində Star Wars Episode : The Phantom Menace filmi üçün yaratmış olduqları bir layihədir. Sistem səmərəli və geriyə dönüşlü uyğunluğu təmin edir. Bu o deməkdir ki, sistem sahib olduğu üstünlükləri sayəsində 5.1 – lik səs (film) effektlərini 6-ya qaldıra bilmək, həmçinin arxa Surround kanalı ilə də effektlərin Lokallaşdırılmasını həyata keçirir.

Smart TV Plus şirkətinin ən önəmli təklif üstünlüklərindən biri də Dolby Digital Surround səs effektlərini dəstəkləyən avadanlıqlara sahib olmasıdır. Məhz bu avadanlıqlar (resiver) sayəsində heç bir əlavə avadanlığa ehtiyyac duymadan evinizdə kinoteatr həzzini yaşaya biləcəksiniz. Bunun üçün isə sadəcə Smart TV Plus şirkətinin abonenti olmanız kifayətdir